Xəbər lenti

Diqqət: COVİD-in yüngül formasının bütün mümkün simptomları
Sağlamlıq15:00 03.11.2020

Diqqət: COVİD-in yüngül formasının bütün mümkün simptomları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstriyalı elm adamları koronavirusun yüngül formasının simptomlarını təfərrüatlı şəkildə izah edib.

Qaynarinfoxəbər verir ki, "Allergy” jurnalına görə, Vyananın Tibb Universitetinin Patofizyoloji, Yoluxucu Xəstəliklər və İmmunologiya Mərkəzində aparılan araşdırmaya 109 nəfər COVID-19-a yoluxmuş, 98 nəfərsə sağlam insan qatılıb.

Mütəxəssislər infeksiyanın yüngül formasının təzahürlərini yeddi kateqoriyaya bölüblər. Birincisində simptomlar qripə bənzəyir, ikincisində - soyuqdəyməyə, üçüncüsündə oynaqlarda və əzələlərdə ağrı olur. Dördüncüsü gözlərin və selikli qişaların iltihabı ilə, beşincisi tənəffüs problemləri, altıncısı mədə və ya bağırsaq ağrıları, yeddinci isə qoxu və dad bilmənin itkisi ilə müşayiət olunur.

Alimlər ilk üç qrupa sistemik simptomlar, son iki qrupa isə orqanik xüsusiyyətlər daxil olduğunu izah ediblər. Belə bir təsnifat xəstəliyin daha dəqiq diaqnozunu qoymağa imkan verəcək.

COVID-19-un yüngül formasının infeksiyadan sonra on həftə ərzində immunitet sistemində nəzərə çarpan aydın dəyişikliklər buraxdığı da qeyd olunur.

Alpər