
Narkomaniyanın necə bir ümumbəşəri bəla olduğunu az-çox ağlı kəsən hər kəs bilir. Narkomaniyanın törətdiyi fəsadların isə insan cəmiyyətinə vurduğu zərərləri saymaqla qurtarmaq olmaz.
Qaynar.info xəbər verir ki, bu yaxınlarda Rusiyanın müxtəlif şəhərlərində çəkilmiş videokadrlardan ibarət bir çarx internetə bomba kimi düşüb.
Narkomanların qəbul etdiyi narkotik vasitələrin onların beyninə və psixikasına vurduğu zərbəni gözlər önünə sərən kadrları izləyərkən insanı dəhşət bürüyür.
Sümükləri əyilən, ağıllarını itirən narkomanların acınacaqlı vəziyyəti ürəkləri dağlayır və insanda bu zəhərə qarşı nifrət yaradır.
Qaynar.info