Yapon manikürü bir neçə il əvvəl populyarlaşıb. Adi gel-lak örtüyündən fərqli olaraq, bu üsulda dırnaq lövhəsi təbii görünüşündə saxlanılır. Rəngli lak əvəzinə dırnaq cilalanır və nəticədə daha parlaq görünüş əldə edir.
Qaynarinfo "Unian"a istinadən evdə yapon manikürü etmək üçün nələr lazım olduğunu və bunu salon nəticəsinə yaxın şəkildə necə həyata keçirməyin mümkün olduğunu təqdim edir.
Yapon manikürü necə edilir? - Ardıcıllıq və incəliklər
Bahalı salonlarda bu manikürü edən ustalar xüsusi pasta və pudralardan istifadə edirlər. Onların tərkibində arı mumu, müxtəlif minerallar, A və E vitaminləri, həmçinin dəniz yosunu ekstraktları olur. Bu maddələr dırnaq lövhəsinə sürtülür, daha sonra isə xüsusi pilkələrlə cilalanaraq parıltı verilir.
Lakin məlum olub ki, yapon manikürünü ev şəraitində də etmək mümkündür. Bunun üçün bahalı vasitələr almağa ehtiyac yoxdur. Məsələn, istənilən ağardıcı diş pastası və süngərdən istifadə etmək olar.
Məntiq ondan ibarətdir ki, diş pastasının tərkibində dişlərdəki ərpi təmizləməyə kömək edən xırda abraziv hissəciklər var. Eyni prinsip əsasında pasta dırnaq lövhəsinə də təsir edərək səthi çirklənmələri və dırnağın üst qatındakı xırda hissəcikləri təmizləyir. Süngər isə pastanı bərabər şəkildə yaymağa kömək edən aplikator rolunu oynayır.
Beləliklə, evdə yapon manikürü üçün sadə vasitələr və təxminən 10 dəqiqə vaxt kifayətdir.
Əvvəlcə əllərinizi yuyun, lakı təmizləyin və dırnaqların təbii şəkildə qurumasını gözləyin. Daha sonra təmiz mətbəx süngərinin üzərinə bir qədər diş pastası sıxın və hər dırnağı saat əqrəbi istiqamətində dairəvi hərəkətlərlə təxminən 30 saniyə cilalayın.
Təzyiqi özünüz tənzimləyin. Hərəkətlər nə çox güclü, nə də həddindən artıq yüngül olmalıdır. Proses sığallamaqla sürtmək arasında bir təzyiqdə aparılmalıdır.
Bütün dırnaqları işlədikdən sonra əllərinizi yenidən yuyun və qurulayın. Sonda kutikulanı yağla nəmləndirin.
Nəticədə dırnaq lövhəsinin daha hamar və bərabər göründüyünü, səthdə heç bir ilişmə olmadığını görə bilərsiniz. Dırnaqlar şəffaf lakla örtülmüş kimi parıldayacaq. Bu kosmetik effekt bir neçə gün davam edə bilər.
Vacib xəbərdarlıq
Əgər dırnaqlar lay-lay ayrılırsa, göbələk və ya başqa xəstəlikdən təsirlənibsə, cilalama problemi aradan qaldırmayacaq.
Evdə edilən bu üsul yalnız kosmetik effekt verir. Dırnaqları müalicə etmir və əsl mənada möhkəmləndirmir, sadəcə onların görünüşünü müvəqqəti olaraq yaxşılaşdırır.
Aydın
Şərhlər