Xəbər lenti

Dissertasiyası plagiat çıxan nazir istefa verdi
Dünya06:00 10.01.2021

Dissertasiyası plagiat çıxan nazir istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstriyanın Əmək, ailələr və gənclər naziri Kristine Aşbaxer vəzifəsindən istefa verib.
Bu barədə nazirliyin mətbuat xidmətinə istinadən TASS bildirib.
Qeyd edilir ki, buna səbəb ona qarşı irəli sürülən plagiat dissertasiya ittihamlarıdır.
"Ailəm və mən görürük ki, KİV, siyasi opponentlər mənə ədalətli yoxlama prosesi aparmağa imkan vermir və məni tələsik ağlasığmaz surətdə ittiham edirlər. Bu səbəbdən vəzifəmdən istefa verirəm", - Aşbaxer bildirib.
Aşbaxer barəsində plagiatlıq ittihamlarını müstəqil ekspert irəli sürüb. O iddia edir ki, Aşbaxerin dissertasiya işinin xüsusi hissələri konkret istinadlar olmadan köçürülüb.//report.az