
Diyarbəkirdə PKK terror qruplaşmasının üzvlərinin qaldığı evə əməliyyat təşkil olunub.
Bir terrorçunun öldürüldüyü əməliyyatda, başqa bir terrorçu yaralı olaraq ələ keçirilib.
Məlumata görə, çox sayda polisin iştirak etdiyi əməliyyatda evə girən təhlükəsizlik güclərinə atəş açılıb.
Xəbər verilir ki, əməliyyat zamanı evdə kiçik bir partlayış əmələ gəlib.
Səbəbi bilinməyən partlayış zamanı bir polis əməkdaşı yüngül xəsarət alıb. (musavat.com)
Qaynar.info