Xəbər lenti

Diyarbəkirdəki terroru bu təşkilat törədib
Dünya14:36 01.04.2016

Diyarbəkirdəki terroru bu təşkilat törədib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Diyarbəkirdə polisləri aparan mikroavtobusun partladılması ilə nəticələnən terror aktını törədən təşkilat müəyyənləşib. Qaynar.info xəbər verir ki, terror aktına görə məsuliyyəti PKK-nın silahlı qanadı olan HPG öz üzərinə götürüb. 
Qeyd edək ki, ötən gün Diyarbəkirin Bağlar qəsəbəsinin Bağcılar məhəlləsində terrorçular partlayıcı yüklənmiş avtomobili polisləri daşıyan mikroavtobusun keçidi sırasında partladıb. Nəticədə 7 polis əməkdaşı şəhid olub, 13-ü olmaqla 27 nəfər yaralanınb. 
Partlayışın ardınca bölgədə genişmiqyaslı əməliyyatlara başlayan Diyarbəkir Polis İdarəsi hücumla bağlılığı olan 9 nəfəri həbs edib. Araşdırmalar zamanı bəlli olub ki, partladılan avtomobilə 300 kq bomba yüklənib. 
Tam adı Xalq Müdafiə Gücləri (Halk Savunma GüçleriH) olan HPG PKK-nın silahlı qanadı hesab olunur. 2000-ci ildə keçirilən PKK-nın 7-ci konqresində adı dəyişdirilən təşkilatın əvvəlki adları Kürdistan Qurtuluş Gücləri və Kürdistan Xalq Qurtuluş Ordusu olub. Terror təkşilatının faktiki lideri PKK-nın Abdullah Öcalandan sonra bir nömrəli isimi olan Murat Karayılandır.
Qaynar.info