Xəbər lenti

Dmitri Peskovun qızı Avropa Parlamentində
Dünya14:35 26.02.2019

Dmitri Peskovun qızı Avropa Parlamentində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun qızı Yelizaveta Peskova Avropa Parlamentində təcrübə proqramında iştirak edir.
Qaynarinfo xəbər verir ki, AP-nin fransalı üzvü Aymeric Chauprade mətbuata açıqlama verərək məlumatı təsdiq edib. Peskova ötən ilin noyabrında işə götürülüb. Onun Müdafiə və Təhlükəsizlik Komitəsindəki təcrübə dövrü bu ilin aprelində yekunlaşır. 
AP sözçüsü Marjory van den Broeke Peskovanın heç bir təhlükəsizlik problemi yaratmadığını və gizli sənədlərə çıxışı olmadığını açıqlayıb.
Yelizaveta Peskova Fransada hüquq və beynəlxalq münasibətlər üzrə təhsil alır. 
Gülşən