Xəbər lenti

“Dnepr” “Qarabağ” qarşısına azarkeşsiz çıxacaq
İdman12:05 25.09.2014

“Dnepr” “Qarabağ” qarşısına azarkeşsiz çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avro Liqanın qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək Ukraynanın “Dnepr” klubu matçı boş tribunalar qarşısında keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, UEFA İntizam Komitəsi “Dnepr”lə bağlı qərar qəbul edib. Çempionlar Liqasının III təsnifat mərhələsəi çərçivəsində keçirilən “Dnepr”-“Kopenhagen”matçında ukraynalı azarkeşlər qonaq komandanın fanatlarına qarşı xuliqanlıq ediblər. Buna görə də ali futbol qurumu Ukrayna klubunu 50 min avro cərimələyib və “Qarabağ”la keçiriləcək Avro Liqa matçında yerli azarkeşlərin stadiona buraxılmaması ilə bağlı qərar qəbul edib. Beləliklə, oktyabrın 23-də keçiriləcək “Dnepr”-“Qarabağ” matçı azarkeşsiz oynanılacaq.

Qaynar.info