Xəbər lenti

Dodon Putindən danışdı: Heç kimə cəza vermir, ancaq...
Dünya15:18 28.12.2019

Dodon Putindən danışdı: Heç kimə cəza vermir, ancaq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moldova prezidenti İqor Dodon Rusiya lideri Vladimir Putinin fərqli şəxsi xüsusiyyətlərindən danışıb. 
Qaynarinfo xəbər verir ki, Dodon Putinin onilliklər keçsə belə, "Moldova-Rusiya münasibətləri tarixində baş verən bəzi hadisələri ən kiçik detala qədər xatırladığını" qeyd edib.
Moldova lideri əlavə edib ki, o, Putinlə hər görüşündə istənilən mürəkkəb məsələləri açıq müzakirə edə bilər. Bu, tez bir zamanda qarşılıqlı anlaşma əldə etməyə və iki ölkə arasında "gündəmdə olan" məsələlərin həllini tapmağa imkan verir.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Prezidenti heç kimə cəza vermir, bununla belə heç nəyi də unutmur.