Xəbər lenti

Dövlət Departamenti: "Türkiyənin Aİ-yə üzvlük məsələsi İsveçin NATO-ya üzv olmasına mane olmayacaq"
Dünya19:17 10.07.2023

Dövlət Departamenti: "Türkiyənin Aİ-yə üzvlük məsələsi İsveçin NATO-ya üzv olmasına mane olmayacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar Türkiyənin Avropa İttifaqına daxil olması məsələsinin İsveçin NATO-ya daxil olmasına mane olmamasının tərəfdarıdır. 
Qaynarinfo xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinq zamanı bildirib.
"ABŞ bir neçə ildir ki, Türkiyəni Aİ-yə üzv olmaq yolunda dəstəkləyib və dəstəkləməkdə davam edir... Buna baxmayaraq, biz inanırıq ki, bu, İsveçin NATO-ya daxil olması üçün maneə olmamalıdır”, deyə Miller  bildirib.
Qeyd edək ki, iyulun 10-da Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə iyulun 11 və 12-də keçiriləcək sammitində Ankaranın yeni şərtlər irəli sürəcəyini açıqlamışdı. Şərtlərdən biri odur ki, Avropa İttifaqı Türkiyənin tamhüquqlu üzv olması üçün səy göstərəcəyi təqdirdə Ankara İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək.
Aydın