ABŞ Dövlət Departamentinin əməkdaşı Silviya Yakub X sosial şəbəkəsində prezident Co Baydenin Yaxın Şərqdəki vəziyyətlə bağlı hərəkətlərini tənqid edib. O, prezidenti soyqırımda iştirakda ittiham edib. Yakub sonradan öz səhifəsinə girişi məhdudlaşdırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios”
yazıb.
"Siz günahsız qəzzalılara qarşı fərq qoymadan hücum edən hökumətə əhəmiyyətli dərəcədə hərbi yardım edirsiniz... Siz soyqırımın ortağısınız, prezident”, - Dövlət Departamentinin əməkdaşının paylaşımında deyilir:
Daha sonra o, vitse-prezident Kamala Harrisi "reallıqdan uzaq olmaqda" ittiham edib.
"Axios”un qeyd etdiyi kimi, ABŞ diplomatları xüsusi daxili bəyanatlar vasitəsilə hansısa siyasətlə razılaşmadıqlarını ifadə edə bilərlər. Yakub İsrail-Fələstin münaqişəsi ilə bağlı bəyanatın lehinə imza toplamaq üçün məktublar göndərib.
Nizami Bağırov