Xəbər lenti

Dövlət Departamentinin onlarla əməkdaşı istefa verdi
Dünya 10:56 20.01.2025

Dövlət Departamentinin onlarla əməkdaşı istefa verdi

Yanvarın 20-də ABŞ Dövlət Departamentinin onlarla əməkdaşı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın köməkçilərinin tələbi ilə istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” yerli rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, işdən çıxarılma Trampın komandası ilə ABŞ-ın bu gün səlahiyyət müddəti bitən prezident Co Baydenin administrasiyası arasında "həlledici fasilə” nümayiş etdirmək məqsədi daşıyır.

WP-nin məlumatına görə, diplomatik xidmətin görkəmli veteranları, o cümlədən 2024-cü ildə ABŞ-ın Ukraynada səfiri vəzifəsində çalışmış dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatt, eləcə də dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini icra edən Con Bass istefa verib.

Diplomatlara yaxın mənbə qəzetə bildirib ki, Trampın komandası məsələyə peşəkarcasına yanaşıb və istefa tələbinin yeni prezidentin şəxsi motivləri ilə diktə olunmadığını açıqlayıb.

Yanvarın 20-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 21:00) Donald Tramp ABŞ prezidenti kimi and içəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->