Malta, Tayvan, Cənubi Koreya və İspaniya 2024-cü ilin sonunadək dünyada doğum səviyyəsinin ən aşağı olduğu ölkələr olub.
Qaynarinfo xəbər verir ki, "RİA Novosti" bu barədə ictimaiyyətə açıq məlumatları nəzərdən keçirdikdən sonra məlumat yayıb.
Malta anti-reytinqdə birinci olub: Bütün reproduktiv dövrdə bir qadına doğulan uşaqların orta sayı 1,06 olub. İkinci yerdə Tayvan (1,11), üç-dördüncü yerlərdə Cənubi Koreya və İspaniya (hər ikisi 1,12) qərarlaşıb. İlk beşliyi 1,17 göstərici ilə Sinqapur tamamlayır.
Ən aşağı doğum səviyyəsinə malik ilk on ölkəyə Litva (1,18), Polşa (1,20), İtaliya (1,21), Ukrayna (1,22), Makao və Honq Konq (hər ikisi 1,24) daxildir.
Eyni zamanda, ən yüksək doğum göstəriciləri ənənəvi olaraq Afrika ölkələrində müşahidə olunur. Birinci yeri Niger tutur, hər qadına orta hesabla 6,64 uşaq düşür. İlk beşliyə həmçinin Anqola (5,7), Konqo Demokratik Respublikası (5,49), Mali (5,35) və Benin (5,34) daxil olub.
Aydın
Şərhlər