
Ramzan Kadırov: "İnanıram ki, Dokunun meyitini tapacağam"
Rusiyanın xüsusi xidmət orqanları hesab edir ki, yaraqlı dəstənin başçısı Doku Umarovun öldüyü haqda onlarda dəqiq informasiya yoxdur.
ANS PRESS-in İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, ancaq bir müddət əvvəl Çeçenistanın başçısı Ramzan Kadırov Doku Umarovun öldüyü barədə məlumat yaymışdı.
“Sübut olunub ki, Umarov ölüb, ancaq heç kəs onun meyitini görməyib. İnanıram ki, Dokunun meyitini tapacağam. Meyit tapılmasa da ondan ölmüş şeytan düzəldəcəyik”, - deyə Kadırıv bildirib.
Qaynar.info