Xəbər lenti

Dollarda rekord bahalaşma
Dünya09:04 23.04.2015

Dollarda rekord bahalaşma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə dollar rekord həddə bahalaşıb. 

Anspress-in məlumatına görə, Türkiyə Mərkəzi Bankının aprel ayı üzrə açıqladığı faiz siyasətindən sonra ABŞ valyutası sürətlə bahalaşmağa başlayıb. Bu səhər 1 dollar 2.7327 TL-yə çatıb və yeni rekord qırıb.

Türkiyədə dollarla yanaşı avronunda bahalaşması da müşahidə olunur. Hazırda 1 avro 2.9220 lirəyə çatıb. 

Xatırladaq ki, dünən Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Heyəti gözlənilən iclasını keçirib. Dolların ötən həftə ard-arda qırdığı rekordlardan sonra Mərkəz Bank faiz qərarını açıqlayıb. 

Türkiyənin baş bankı iclasda lirənin əsas faiz dərəcəsini dəyişdirməyib. Faiz dərəcələri maksimum 10.75%, minumum isə 7.25% olaraq müəyyən olunub.

Qaynar.info