
Qafqaz Ömərov
Bu məsələni araşdırarkən ağlıma gələn ilk sual bu oldu: ümumiyyətlə pul nədir? Bu kağız parçasına bu dəyəri qazandıran nədir və ya kimdir? Kimdir bu pulu kəsənlər və hər şeyi onunla satın alanlar? Axı bu kağız parçasını bu qədər şan-şöhrətə mindirən, gücün və hakimiyyətin simvoluna çevirən nədir? Həqiqətən də, əlimizə aldığımız bir yüzlük dolların dəyərini ölçməyə çalışsaq, onun adi, rəngləndirilmiş bir az da keyfiyyətli kağız parçası olduğunu görərik. Amma bu yaşıl "tilsimin" nələr etdiyini, nələrə qadir olduğunu düşünəndə onun əsl qiyməti haqqında mülahizə yürütməkdən çəkinirsən istər-istəməz. O zaman gəlin birlikdə bu "yaşıl tilsimin" tarixçəsini araşdırmağa çalışaq.
Dollar - dünyanı idarə edən "kağız silah"
İlk kağız dollar ABŞ-da 1785-ci ildə çap olunub. Bu kağız pul dünyada pulun brendi sayılır. Üzərindəki simvollar və gizli işarələrlə gizli qüvvələrin dünya üzərindəki gizli hakimiyyətini təcəssüm etdirir sanki. Dollar üzərindəki ezoterik işarələrin gizli "mason" təşkilatının simvolları olduğu güman edilir. Bu pul tədavülə buraxıldığı zamanlardan dövrümüzədək dolların mistik və mifik gücünü araşdırmağa çalışan onlarla araşdırmaçının yüzlərlə cild kitabı dərc olunub. Bu kitablardan bəziləri ilə tanış olarkən məlum olur ki, əksəriyyəti məsələni bir az da qəlizləşdirmək və ya "iz azdırmaq" üçün yazılıb. Ortadakı reallıq isə ondan ibarətdir ki, çap olunduğu dövrdən indiyədək bu pul vahidinin bir dollarlıq əskinası həmişə tədavüldə olub və heç vaxt da alıcılıq qabiliyyətini itirməyib. Oxuduğum kitablardan birində Rokfeller klanının banisi, dünyanın ilk dollar milyarderi Con Rokfellerin bu sözlərinə rast gəlmişdim: "Nə qədər ki, üzərində ilk prezident Corc Vaşinqtonun rəsmi olan bir dollarlıq əskinas dövriyyədədir, Amerikanın dünya üzərindəki hakimiyyəti sürəcək".
Bu, çox dahiyanə söylənmiş bir fraza idi. Bunu yalnız həmin kağızların sahibi söyləyə bilərdi. 1785-ci ildə çap olunan dollar 1913-cü ilə qədər yalnız Amerikanın qızıl ehtiyatına uyğun buraxıldı. 1913-cü ildə isə dünyanın düzənini köklü surətdə dəyişəcək bir hadisə baş verdi.
Federal Rezervlər Sistemi
1913-cü ildə ilk dəfə olaraq ABŞ-ın iri bankirləri və hökumət qızıl ehtiyatı ilə sığortalanmadan külli-miqdarda kağız pulun çapı məsələsini həll etdilər. Bu məqsədlə ABŞ-da Federal Rezervlər Sistemi (FRS) yaradılıdı. FRS-in təsisçisi ABŞ-ın o dövrki ən iri 12 federal bankı idi. Federal bank dedikdə elə başa düşməyin ki, bunlar dövlət banklarıdır, yox ABŞ-da ümumiyyətlə dövlət bankı olmayıb və indi də yoxdur. Bəli, düz eşitdiniz, 12 bankın təsis etdiyi və ABŞ hökumətinin milli valyutası olan dolları çap etmək yetkisi verdiyi, bu ölkənin Mərkəzi bankı rolunu oynayan Federal Reservlər Sistemi heç də dövlətin bankı deyil. Onun kökündə ABŞ-ın 12 iri sahibkarı durur. Nə FRS, nə də dolları çap edən dəzgah, heç biri ABŞ dövlətinə məxsus deyil.
FRS-ın təsis edilməsindən qısa bir müddət sonra 1914-cü ildə sənayeləşmiş Avropa birdən-birə Birinci Dünya müharibəsi ilə üz-üzə qaldı. Tarixdə səbəbinin Avstriya-Macarıstan imperiyasının vəliəhdi Frans Ferdinandın Sarayevoda öldürülməsi göstərilsə də, bu müharibənin nəticəsində qitənin dörd imperiyasının çökməsini və məhz bu müharibədən sonra dolların Avropaya soxulmasını nəzərə alsaq, bu məsələnin nə qədər qaranlıq olduğunu görərik. Müharibə nəticəsində iqtisadiyyatları çökən Britaniya, Fransa, Almaniya və Rusiyanın növbəti dünya müharibəsinə qədər özlərini toparlaması uzun illər apardı və bundan da ən uduşlu çıxan ABŞ və onun yeni kağız silahı oldu. Avropanın özünü bərpa etməsindən sonra yenidən dəbdən düşməyə başlayan ABŞ və onun kağız silahı İkinci Dünya müharibəsinin başlaması ilə artıq dünya üzərindəki hakimiyyətini sarsılmayacaq bir şəkildə bərqərar etdi. 1944-ci ildə öz ordusunu Avropaya çıxaran ABŞ bu qitənin İkinci Dünya müharibəsindən sonra böyük bir hissəsinə sahib oldu. İqtisadiyyatı dağılımış Avropanın kapitalist ölkələri üçün FRS tonlarla "yaşıl kağız", bu ölkələrə kredit kimi veriləcək dollarlar çap etməyə başladı.
Federal Reservlər Sisteminin rəhbəri yalnız və yalnız bu sirli sistemin təsisçiləri tərəfindən dəyişdirilə bilər. ABŞ prezidentinin, ABŞ Konqresinin və ABŞ məhkəməsinin bu strukturun işinə qarışmağa heç bir ixtiyarı yoxdur. FRS rəhbərliyinin qəbul etdiyi qərarı nə ABŞ-ın prezidenti, nə maliyyə naziri, nə də məhkəmə ləğv edə bilməz. Ona görə yox ki, belə bir qanun mövcuddur, ona görə ki, bu, sadəcə, yazılmamış qaydadır. Onu pozanların, yəni dollara hakim olanların hakimiyyətinə xələl gətirənlərin sonu həmişə çox acınacaqlı olub...
FRS ABŞ hökumətinin ən böyük kreditorudur. FRS çap etdiyi dollarları ABŞ nazirliklərinə kredit şəklində verir və sonra bu pulları ABŞ vətəndaşlarının vergilərindən faizi ilə birgə geri alır. ABŞ hökumətinin, daha doğrusu, ABŞ xalqının FRS-ə trilyonlarla dollar borcu var. Doğulan hər ABŞ vətəndaşı ölənə qədər FRS-ə faiz ödəyir. Hazırda təsis etdiyi Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun köməyi ilə ABŞ-ı idarə edən trilyarder ailələr artıq dünyanın bütün xalqlarını özlərinə borclu ediblər. Çap edib yığdıqları tonlarla "yaşıl kağızı" dünyanın inkişaf etməkdə olan dövlətlərinin "marionetka hökumətlərinə" faizə borc olaraq verir və beləliklə də, bu ölkələrin əhalisini özlərinin quluna çevirirlər. Hətta öz iqtisadi gücünə özunu saxlaya biləcək ölkələr belə adı çəkilən maliyyə institutlarından borc almağa məcburdur. Bundan imtina etmək mümkündürmü?
Xeyir, bu mmkünsüzdür. Belə bir hadisə baş verərəsə, dünya dağılar, "insan hüquqları" pozular, milli və dini azlıqlar "istismar" olunar, gender bərabərliyi "pozular", o ölkələr beynəlxalq terrorizmin yuvasına "çevrilər". Bəli, dolların hakimiyyətinə qarşı çıxan ölkələri nəzərdə tuturam. Onların zorla verdiyi "sələmdən" imtina etməkmi olar? Əlbəttə, bu qaydaları pozmaq fəlakətdir. Çünki orda belə bir yazılmamış qayda var: ödəyə bilmədin metronu taksi qiymətinə elə, işığın, qazın, suyun qiymətini qaldır, şəhərlərinin küçələrindən belə gediş-gəlişi pullu elə, alınmadı xalqa "nəfəsalma vergisi" tətbiq elə, neynirsən elə mənim faizimi ödə, yoxsa xalq, sənə müxalif qüvvələr qalxıb yıxacaq səni, özünü də dar ağacından asacaq. Seç!!!
Beynəlxalq "maiyyə böhranı"
Bu böhranın əslində, dünya üçün böhran, dünyanı idarə edənlər üçün isə zənginləşmə prossesi olduğu heç kəsə sirr deyil. Qeyd etdik ki, ilk dollar böhranı ABŞ-ı idarə edən "kişilər" tərəfindən ilk dəfə hələ 1907-ci ildə yaradılmışdı. Diqqətlə oxuyun, FRS-i yaratmaq istəyən "masonlar" 1907-ci ilədə Nyu-York fond birjasındakı "Knickerbocker Trust" investisiya şirkətini çökdürdülər. Birjaya Başda Con Pirpont Morqan olmaqla şaiyə yayan gələcək FRS-in təsisçiləri adı çəkilən investisiya şirkətini çökdürdülər. Böhranı daha da dərinləşdirmək üçün birjaya pul buraxmayan Morqan və dostları son anda dövriyyəyə o dövr üçün çox böyük məbləğ sayılacaq 25 milyon dolları buraxaraq özləri yaratdıqları böhranı özləri də aradan qaldırdılar. Bu fənd sonrakı illər baş vermiş bütün maliyyə böhranlarının hamısında istifadə olunub və dünya iqtisadiyatında yalnız "masonların" hakimiyyətinin və inhisarının möhkəmlənməsinə xidmət edib (daha sonra 1913-cü ildə FRS-in yaradılması zərurətini ictimaiyyətə başa salarkən də Morqan və dostları belə böhranlar zamanı bazarı stabilləşdirmək üçün məhz belə bir maliyyə institutuna ehtiyac olduğuna hər kəsi inandırdılar). Bu, dünya iqtisadiyyatının inhisarçıları onilliklərdir ki, xırda biznesdən öz əməyi və qənaətinin köməyi ilə çıxan orta biznes nümayəndələri olan autsayderlərin, böyüyən şirkətlərini nəzarət etdikləri birjalardakı möhtəkir şirkətləri və süni yaratdıqları böhranlarla sıradan çıxararaq çökdürür, onları qəpik-quruş qiymətinə satın alaraq heç kəsə öz səviyyələrinə çatmağa imkan vermirlər. Son böhrandan nəsibini alan dünya iqtisadiyyatı, xüsusən Avropa illərdir ki, bu bəladan yaxa qurtara bilmir, heç yaxa qurtara bilməyəcək də. Çünki dolların hakimiyyətinə qarşı "avro" yaradanda Avropa bunu yaxşı düşünməli idi. Nə qədər ki, avro qitədə vahid valyuta rolunu oynayacaq, beynəlxalq maliyyə əməliyyatları avro ilə aparılacaq, FRS-in sahibləri Avropanın inkişafına imkan verməyəcəklər. Necə deyərlər, "iki pulun başı bir qazanda qaynamaz".
P.S. Dolların 1, 5, 10, 20, 50 və 100-lük əskinaslardan başqa, 500, 1000, 5000 və 10 000-lıq əskinasları da mövcuddur. Sadəcə bu banknotların ABŞ-dan kənara çıxarılması qadağandır. Bu əskinaslar ölkə daxilində işlənir. 500-lıq əskinasın üzərində prezident Vilyam Makkinlinin, 1000-lıq əskinasın üzərində prezident Qrover Klivlendin, 5000 dollarlıq əskinasın üzərində Ceyms Medison, 10 000 dollarlıq əskinasın üzərində isə Linkoln dövrünün maliyyə naziri, daha sonralar ölənə qədər ABŞ Ali Məhkəməsinin sədri Selmon Çeyzin portetləri əks olunub. Bunu da məlumat üçün dedim.











