ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, o, Çinin hazırkı prezident Co Bayden üzərində "tam nəzarətə” malik olduğuna inanır.
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, Tramp belə bir bəyanatla Respublikaçılar Partiyasının Nyu-Hempşirdə keçirdiyi tədbirdə
çıxış edib.
ABŞ-ın keçmiş prezidentinin sözlərinə görə, Co Bayden Pekinin Kubada aktivləşməsinə cavab vermir: "O, güzəştə getdiyi üçün heç nə etmək istəmir. Çin onun sahibidir”.
Donald Tramp bildirib ki, 2024-cü ildə ABŞ prezident seçkilərində qalib gəlsə, Pekindən bütün hərbi və casus ləvazimatlarını Kubadan çıxarmağı "dərhal tələb edəcək”.
Bundan əvvəl Donald Tramp bildirmişdi ki, Co Bayden onu "Stalin Rusiyası və kommunist Çində etdikləri kimi” həbsxanaya göndərməyə çalışır. Trampın sözlərinə görə, ABŞ təhlükəsizlik qüvvələrinin ona qarşı başlatdığı cinayət işləri əsassız və siyasi motivlidir.
Tramp iyunun 9-da məxfi sənədləri qanunsuz saxlamaq və ədalət mühakiməsinə mane olmaq üçün sui-qəsd də daxil olmaqla 37 maddə ilə ittiham olunub.
Aydın