
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ilk dəfə olaraq yanvarın 11-də mətbuat konfransı keçirəcək.
TASS xəbər verir ki, bunu Ağ evin mətbuat katibi vəzifəsinə namizəd Şon Spayser bildirib.
“Mətbuat konfransı yanvarın 11-də Nyu-Yorkda, saat 11:00-da başlayacaq”, - deyə Ş.Spayser qeyd edib.
Onun sözlərinə görə, konfransda Donald Tramp geniş əhatəli müxtəlif mövzulara toxunmaq niyyətindədir.
Qaynarinfo.Az