Xəbər lenti

Dondurma yedikdən sonra nanə çayı için
Dünya08:12 21.04.2016

Dondurma yedikdən sonra nanə çayı için

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dondurma zamanın gəldiyi bu günlərdə daha diqqətli olmaq lazımdır. İnfeksiyaların artdığı bu aylarda imunitet sistemi zəifləyir. Xüsusilə bu hal uşaqlarda müşahidə olunur. 

Qaynarinfo.az xəbər verir ki, zamanından əvvəl dondurma yedikdə boğaz şişkinliyi və nəfəsdə problemlər yaranır. Belə olan halda dondurma və soyuq yeyilən hər şey isdilib yeyilməlidir. Sıx allergiya yaşayan və çox tez xəstə olan məktəbli uşaqlar infeksiya dövrü bitmədən qətiyyən dondurma yeməməlidir. Eyni vəziyyət mövsümi allergiya yaşayanlara da aiddir.  

"Həftədə ən çox 2 dəfə dondurma yeyin"

Həkimlər dondurma yeyərkən çəkini qorumaq üçün nələrə diqqət etmək lazım olduğunu qeyd edib:

Həftədə bir və ya ən çox 2 dəfə dondurma yemək məsləhətdir. Dondurmanı ac olarkən yemək daha məsləhətlidir. Dondurmanı yedikdən sonra soyuq su içməyin. Boğazınızın həssaslığını qorumaq üçün dondurma yedikdən sonra 1 fincan ilıq su və ya 1 fincan nanə çayı içmək məsləhətdir.  

Zümrüd

Qaynarinfo.az