Xəbər lenti

Donuz böyrəyi köçürülmüş amerikalı qadın 61 gündür yaşayır - Yeni rekord
Dünya 16:00 26.01.2025

Donuz böyrəyi köçürülmüş amerikalı qadın 61 gündür yaşayır - Yeni rekord

Donuz böyrəyi transplantasiyası alan ABŞ vətəndaşı Tovana Luni 61 gündür onunla yaşayır və həyatı normal davam edir. O, belə bir əməliyyatdan sonra gözlənilən ömür uzunluğuna görə yeni rekorda imza atıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məqalədə deyilir: "Alabamalı qadıı şənbə günü böyük bir mərhələyə çataraq, donuz orqanlarını alan ən uzun ömürlü insan oldu".

Nəşr qeyd edir ki, Luninin uğurlu əməliyyatı alimlərdə heyvan orqanlarının insanlara köçürülməsinin mümkün ola biləcəyinə ümid verir. İki ürək və iki böyrəyi olan xəstələrə transplantasiya edilən əvvəlki əməliyyatların uğurlu alınmadığı vurğulanır.

Həkimlərin sözlərinə görə, hazırda qadının böyrək funksiyası stabildir. Həkimlər qadının reabilitasiyadan təxminən bir ay sonra xəstəxanadan çıxa biləcəyini gözləyirlər.

Dekabrın 17-də Langone Sağlamlıq Xəstəxanasının cərrahları geni dəyişdirilmiş donuz böyrəyini Tovan Luniyə uğurla nəql ediblər. O, 8 il orqan nəqli gözləyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->