Xəbər lenti

Dost və qardaş Cibutu ölkəsi (FOTOLAR)
Dünya14:02 13.07.2017

Dost və qardaş Cibutu ölkəsi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son illər sürətlə inkişaf edən Çin xaricdə ilk hərbi bazasını Cibutidə yaradır. Verilən rəsmi məlumatda bildirilir ki, Pekin Cibutidə ilk xarici hərbi bazasını yaratmaq üçün bu ölkəyə gəmilərlə qoşun göndərib. Çinin Şərqi Afrikanın bu ölkəsində hərbi baza yaratması dünya gündəmində şok effekt yaradıb.

Qeyd edək ki, son zamanlar Azərbaycanla Cibuti arasında əlaqələr sürətlə inkişaf etməkdədir. Belə ki, bu ilin may ayın 2-də Prezident İlham Əliyev Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İyun ayının sonlarında isaə Heydər Əliyev Fondu Cibuti Respublikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıqlar hədiyyə edib.

"Qaynarinfo" Şərqi Afrikada kiçik, amma olduqca strateji bir bölgədə yerləşən Cibuti Respublikası ilə bağlı məlumatları təqdim edir: 

Cibuti (rəsmi adı Cibuti Respublikası) — Afrikanın şərqində yerləşən kiçik bir ölkə. Qonşuları şimalda Eritreya, qərbdə və cənubda Efiopiya, cənub-şərqində isə Somali. Qırmızı dənizə və Ərəb dənizinin Ədən körfəzinə çıxışı vardır. Ərəbistan yarımadasında olan Yəməndən 20 kilometr uzaqlıqdadır. Paytaxtı Cibuti şəhəridir. Əhalisinin 95 faizi müsəlmandır.

Cibuti XVI əsrdən etibarən Avropa ölkələrinin diqqətini cəlb edib. Belə ki, XVI əsrdə Somali yarımadasında bir tərəfdən portuqaliyalılarla efiopiyalılar, digər tərəfdən türklər və somalilər arasında müharibə getdiyi dövrdə indiki Cibuti ərazisi portuqaliyalılar tərəfindən işğal olunub. XVII əsrdə bu ərazidə yenidən ərəblərin hakimiyyəti bərpa edilib.

1862-ci ildə Fransa ilə Adal sultanı arasında bağlanmış müqaviləyə əsasən fransızlar afar tayfasının yaşadıqları əraziləri və Obok buxtasını öz əyalətləri kimi rəsmiləşdirdilər. 1881-ci ildə Obok rayonunu inkişaf etdirmək məqsədilə fransız səhmdar cəmiyyəti təsis edildi. Həmin dövrdə müasir Cibuti şəhərinin tikintisinə başlanılıb. Obok kimi adlandırılan ərazi 1896-cı ildən rəsmi olaraq fransız Sahil Somalisi adlandırılmışdır. (1967-ci ildən afarların və issaların fransız ərazisi adlandırılıb). 1889-cu ildə ruslar fransız Sahil Somalisinin bir hissəsini işğal etməyə cəhd göstərsələr də fransız donanması onların bu ərazidən uzaqlaşdıra bilib. 

1946-cı ildə Fransız Somalisi müstəmləkəsi Fransanın "dəniz arxası" ərazisi statusu aldı. Cibuti Respublikası 1977-ci il 27 iyun tarixində Fransadan ayrılaraq müstəqilliyini elan edib. 1977-ci ildə keçirilən referendumun nəticələrinə əsasən istiqlaliyyət qazanmış bu ölkə Cibuti respublikası adlandırıldı. 1981-ci ildə ölkədə təkpartiyalı sistemə keçildi.

Cibutidə dövlət quruluşu respublikadır. Dövlət rəsmi şəkildə Cibuti Respublikası adlanır. Ölkədə 1992-ci il 4 sentyabrda referendum yolu ilə qəbul olunmuş, 15 sentyabr 1992-ci ildə qüvvəyə minmiş konstitusiya fəaliyyət göstərir.

Dövlət başçısı prezidentdir. Prezident ümumi səsvermə yolu ilə 5 il müddətinə seçilir. Ölkəyə 1999-cü ildən İsmayıl Ömər Qeyle rəhbərlik edir. Ölkədə 18 yaşına çatanların seçmək, 23 yaşına çatanların seçilmək hüququ vardır.

İcraedici hakimiyyət prezidentə və hökumətə (Nazirlər Sovetinə) məxsusdur. Hökumətə baş nazir rəhbərlik edir. 2010-cü ilin rəsmi statistikasına görə, Cibutidə əhalinin sayı - 875 min nəfərdir. Ölkənin ərazisi 23 min kvadrat kilometrdir.

Ölkənin kənd təsərrüfatının əsas sahəsi - heyvandarlıqdır. Ölkədə 2012-ci ildə 2 milyard 420 milyon dollar dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunur. Adambaşına düşən ÜDM səviyyəsi 2700 dollar olub. 

Ölkənin rəsmi pul vahidi - Cibuti frankıdır. Ölkənin əsas dövlət dili ərəv və fransız dilləridir. 

Bu ölkəni dünyaya tanıtdıran isə Cibuti şəhərinin dəniz limanıdır. 

Qaynarinfo.Az