
Rusiyanın Smolensk vilayətində doğum evindən yeni doğulmuş körpə oğurlanıb.
Qaynar.info-nun xəbərinə görə, bu barədə Smolensk şəhər polisi məlumat yayıb.
Məlumatda bildirilir ki, körpə aprelin 9-da Smolensk xəstəxanasında dünyaya gəlib. Körpənin anası ondan imtina edib və o, evə buraxlıb. Aprelin 15-də isə xəstəxana işçiləri uşağın yoxa çıxdığını görərək, polisə xəbər veriblər.
Məsələ ilə bağlı cinayət işi açılıb.
Qaynar.info