İtaliya və Türkiyə tərəfdaş, dost və müttəfiqlərdir.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir, ki bu sözləri İtaliyanın baş naziri Mario Draqi Ankarada
deyib.
İtaliyanın baş naziri Mario Draqi bir illik diplomatik gərginlikdən sonra Ankarada keçirilən hökumətlərarası sammitdə İtaliya və Türkiyənin müttəfiqə çevrilməsi və ikitərəfli əməkdaşlığı gücləndirməsi barədə danışıb.
Ankara sammitində iki ölkə arasında davamlı inkişaf və müdafiə kimi strateji sahələr də daxil olmaqla doqquz əməkdaşlıq sazişi imzalanıb.
İki ölkə arasında münasibətlər 2021-ci ilin aprelindən sonra ən aşağı səviyyəyə çatıb. İndiki sammit isə ikitərəfli münasibətlərin yaxşılaşdığını göstərir.
O vaxtı Draqi Rəcəb Tayyib Ərdoğanla bağlı "diktatorlarla” səmimi olmağın vacib olduğunu demişdi və buna görə Ankara ilə münasibətlər korlanmışdı.
"Biz müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair razılaşmanı müzakirə etdik”, – deyə Ərdoğan Ankarada Draqi ilə birgə mətbuat konfransında jurnalistlərə bildirib. O əlavə edib ki, Türkiyə terrorla mübarizədə İtaliyaya güvənir.
Türkiyə İtaliyanın müdafiə sənayesi üçün NATO-nun aparıcı ixracat tərəfdaşıdır və Ankara ilə əməkdaşlıq Liviya və miqrasiya sənədləri ilə bağlı Roma üçün də çox vacibdir.
Ərdoğan miqrasiya məsələsində əməkdaşlığın davam etdiriləcəyini qeyd edib. Lakin miqrasiya idarəçiliyi "insani və effektiv olmalıdır. İtaliyanın qapıları açıqdır, ancaq ölkə limitinə çatıb",- deyə Draqi bildirib.
2021-ci ildə Türkiyə vasitəsilə İtaliyaya gələn qeyri-qanuni miqrantların sayı üç dəfədən çox artıb.
İki lider həmçinin Ukraynadakı müharibə və ərzaq böhranının həlli üçün birgə səylərini vurğulayıblar.
"İtaliya və Türkiyə Ukraynada sabit və davamlı sülhün qurulması işinin önündədir və Rusiyanın işğalını pisləməkdə, Kiyevi dəstəkləməkdə həmrəydir”, – Draqi deyib.
Nurlan Hüseynov