Xəbər lenti

Dörd erməni güllələndi
Dünya07:54 04.05.2014

Dörd erməni güllələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvanın qərbində yerləşən gözəllik salonunda atışma olub. 

Ötən axşam baş verən hadisə zamanı dörd Ermənistan vətəndaşı güllə yaraları alıb.

Moskva polisindən bildirilib ki, gözəllik salonunda yaranan münaqişə zəminində bir nəfər tapançadan atəş açmağa başlayıb. O, bundan sonra hadisə yerindən uzaqlaşıb.

Yaralanan dörd erməni xəstəxanaya yerləşdirilib. Lakin onlardan üçü xəstəxananı könüllü tərk edib. /Musavat.com/