Konqo Demokratik Respublikasında Ebola virusu son 4 gündə 36 nəfərin həyatına son qoyub.
Qaynarinfo xəbər verir ki, Ebola səbəbilə ölənlərin sayı ümumilikdə 755 nəfərə çatıb. Bu günə qədər 2669 nəfər Ebola diaqnozu qoyulub, 797 nəfər sağalıb, 117 xəstənin müalicəsi isə davam edir.
Son bir ildə 185 289 nəfərə peyvənd vurulub.
Qeyd edək ki, Ebolaya ilk dəfə 1976-cı ildə Konqoda rast gəlinib. Həmin dövrdən bəri 10-mindən çox insan epidemiyanın qurbanına çevrilib.
Gülşən