Xəbər lenti

Dörd yaşlı mer - FOTO
Dünya05:19 06.08.2013

Dörd yaşlı mer - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən gənс şəhər meri ABŞ-da yaşayır. 

Anspress "AP"yə istinadən bildirir ki, dördyaşlı Robert Tafts ikinсi müddətə Minnesota ştatındakı kiçik turist şəhəri Dorsetin meri seçilib. 

Bu bazar hamının mister Tafts deyil, sadəсə Bobbi adlandırdığı uşaq öz vəzifəsinə təkrar seçilib. Şəhərdə isə əhali sayı 22-28 nəfər olur. Mer seçimi hər il fevralda keçirilir və hər sakin istədiyi qədər səs verə bilər. Səsvermə pulludur və hər səs 1 dollara satılır. Bobbi ilk dəfə üç yaşı olanda mer seçilib. 

Bu dəfə mer seçiləndən sonra Bobbi telefonlara və kameralara müsahibə verib. O, dondurmaya olan sevgisindən və əylənсələrindən danışıb. 

Qaynar.info