Martın 13-də səhər saatlarında Rusiyanın Ryazan şəhərində üç partlayış səsi eşidilib. Daha sonra internetdə yerli neft emalı zavodunda baş verən yanğının videosu yayılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Krımski veter" https://t.me/Crimeanwind/55490 , "Baza", "Astra" Telegram kanalları məlumat yayıb.
Ryazan neft emalı zavodunda baş verən yanğının sahəsi 100 kvadratmetrdir.
"Baza” mənbələrinin məlumatına görə, istilik dəyişdirici qurğusu yanır. Hadisə yerinə yanğınsöndürənlər gəlib.
Hələlik Rusiya rəsmilərindən heç bir rəsmi məlumat yoxdur.
Partlayışlardan və neft emalı zavodunda baş verən yanğından sonra yerli sakinlər Ryazan üzərində yeni dronları görüblər.
Eyni zamanda, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da bildirib ki, Şebekinski şəhər rayonunda pilotsuz təyyarələrin gecə hücumu nəticəsində 45 min insan elektrik enerjisi təchizatından məhrum olub.
Alpər