Xəbər lenti

Döş xərçəngini “11 günə sağaldan” üsul
Dünya10:00 11.03.2016

Döş xərçəngini “11 günə sağaldan” üsul

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“The Guardian” yazır ki, alimlər döş xərçəngini 2 həftədən də az müddətdə tamamilə sağaldan dərman qatışığını hazırlaya biliblər.
Tədqiqatçılar bildiriblər ki, Herceptin adlı preparat başqa bir dərmanla birlikdə işlədildikdə xərçəng şişlərini 11 gün ərzində yox edir.
Britaniyanın Xərçəng Araşdırmaları (Cancer Research UK) tərəfindən maliyyələşdirilən tədqiqatın nəticələri Amsterdamda açılmış 10-cu Avropa Döş Xərçəngi Konfransına təqdim edilib.
“The Guardian” yazır ki, müalicə uğurla həyata keçirilərsə bir çox qadınları kimya terapiyası kimi əziyyətli prosedurdan azad edə bilər.
Alimlər deyirlər ki, ilkin sınaqlarda 66 qadının döşündəki şişlər 11 gün ərzində tamamilə “əriyib”. (BBC azeri)
Qaynar.info