DTX-nin əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdi (VİDEO)
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Qaynarinfo xəbər verir ki, DTX əməkdaşları dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülüb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər