Xəbər lenti

Dubay dünya birincisi oldu: 10 milyon dollardan baha evlərin satışı
Dünya 14:14 06.10.2023

Dubay dünya birincisi oldu: 10 milyon dollardan baha evlərin satışı

Dubay 2023-cü ilin doqquz ayının sonunda dəyəri 10 milyon dollar və daha çox olan evlərin satışı üzrə dünyada birinci yeri tutub.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg ixtisaslaşmış konsaltinq şirkəti Knight Frank-ın məlumatlarına istinadən yazır.

Konsaltinq şirkətinin hesablamalarına görə, bu il əmirlikdə dəbdəbəli evlərin alınması üzrə əməliyyatların sayı rekord həddə - 277-yə çatıb və ümumilikdə 4,91 milyard dollar təşkil edib.

"Dubayda lüks evlərə tələbat güclü olaraq qalır, lakin təklif əhəmiyyətli dərəcədə geridə qalmaqda davam edir", - Knight Frank-ın Yaxın Şərq araşdırmalarının rəhbəri Faysal Durrani deyir. Onun sözlərinə görə, nəticədə, qiymətlər ardıcıl olaraq doqquz rüb artmaqdadır.

Zəngin alıcılar arasında ən populyar ərazi dəbdəbəli daşınmaz əmlak sektorunda bütün satışların yarısından çoxunu təşkil edən Palm Jumeirah adasıdır. Emirates Hills, Jumeirah Bay Island və Umm Suqeim 3 də yüksək tələbata malikdir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->