Xəbər lenti

Dubay əmiri Avropaya qaçan həyat yoldaşını məhkəməyə verdi
Dünya09:45 05.07.2019

Dubay əmiri Avropaya qaçan həyat yoldaşını məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Dubay əmiri Məhəmmən bin Rəşid Əl Maktum həyat yoldaşı Haya bint Hüseyn Əl Maktumu məhkəməyə verib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, Londonda baş tutacaq məhkəmə prosesi 30-31 iyulda keçiriləcək, əmir və şahzadənin 2 övladının qəyyumluğu məsələsinə baxılacaq. 
Qeyd edək ki, Haya bint Hüseyn övladları və təxminən 40 milyon dollarla birlikdə Almaniyaya qaçıb, daha sonra isə İngiltərəyə gedib. Hər iki Avropa ölkəsi şahzadənin BƏƏ-yə təhvil verilməsi tələbini rədd edib.
Gülşən