Xəbər lenti

Dubayda ən hündür bina tikiləcək - FOTOLAR
Dünya07:32 11.04.2016

Dubayda ən hündür bina tikiləcək - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində "EXPO-2020" beynəlxalq sərgisi başlanana qədər dünyanın ən yüksək göydələninin inşası planlaşdırılıb.

"Dubai Creek Harbour"da tikilməsi planlaşdırılan "Tower Project" göydələnini "Emaar Properties" holdinqi inşa edəcək.

Yeni göydələnin hündürlüyü ilə bağlı konkret rəqəm açıqlanmayıb. Lakin onun istənilən halda dünyanın ən yüksək binası sayılan, 828 metr hündürlüyə malik "Burj Khalifa"dan yüksək olacağı deyilir.

1 milyard dollara başa gələcək göydələnin inşasına yayda başlanacaq.

Müəllifi isveçrəli memar Santyaqo Kalatavra Vals olan göydələndə 18 mərtəbəli mehmanxana və 360 faizlik panoromaya malik platforma olacaq. 

"Tower Project" göydələnin ilkin adıdır. Binanın sonradan "Kingdom Tower" və ya "Burj al Mamlaka" adlandırılacağı güman edilir.//milliaz

Qaynar.info