Birləşmiş Ərəb Əmirliklərinin şəhəri olan Dubay dünyada ticarət və istirahət mərkəzlərindən hesab edilir.
Qaynarinfo xəbər verir ki, müasir, hündürmərtəbəli binaları, bahalı avtomobilləri ilə seçilən şəhərdə həmçinin İslam qaydaları hökm sürür. Şəhərdə həm çadralı, həm də müasir geyimli qadınlara rast gəlmək mümkündür. Dubayın bir hissəsi bahalı maşınları, sərvətləri ilə diqqət çəkir. Lakin yaşaya bilmək üçün saatlarla çalışan, əziyyət çəkən işçilər şəhərin digər üzüdür.
Təzadlarla dolu Dubaydan mənzərələri təqdim edirik.