Xəbər lenti

Duda Ukraynanı kompromisə çağıranlara səsləndi: “Torpaqlarınızdan Rusiyaya verin”
Dünya09:20 23.06.2023

Duda Ukraynanı kompromisə çağıranlara səsləndi: “Torpaqlarınızdan Rusiyaya verin”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa prezidenti Anjey Duda Ukraynanı müntəzəm olaraq Rusiya ilə "kompromis”ə çağıran ölkələrə öz ərazilərindən imtina etməyi təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşa prezidenti ukraynalı jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, əgər bəzi liderlər kompromis naminə asanlıqla ərazi güzəştlərinə getməyə hazırdırlarsa, o zaman öz dövlətlərinin ərazilərindən imtina etsinlər.
"Ukrayna Donetsk, Luqansk və Krımı geri qaytarsın, kim Rusiyaya öz ərazilərindən bir parça verirsə, qoy versin. Buyurun! Düşünürəm ki, Rusiya Federasiyası, məsələn, Aralıq dənizi sahilində gözəl bir parça alsa, xoşbəxt olacaq”, - deyə Duda vurğulayıb.
Polşa prezidenti həmçinin qeyd edib ki, Rusiyaya Ukraynaya qarşı müharibədə qalib gəlməyə imkan vermək olmaz, çünki təcavüzkar başqa ölkələrə hücum edəcək. O əlavə edib ki, müharibənin ədalətli başa çatması üçün yeganə şərt Ukraynanın qələbəsi olacaq.
Nizami Bağırov