Xəbər lenti

Duda ümid edir ki, Rusiya Polşanı Ukraynaya ordu yeritməyə sövq etməyəcək
Dünya 14:26 05.07.2024

Duda ümid edir ki, Rusiya Polşanı Ukraynaya ordu yeritməyə sövq etməyəcək

Polşa prezidenti Anjey Duda Polşa ordusunun Ukraynaya göndərilməsinə qarşı çıxıb və ümid edir ki, "Rusiya belə vəziyyətə gətirib çıxarmayacaq”.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşa prezidenti Slovakiya prezidenti Peter Pelleqrini ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya müharibədə qalib gəlməməlidir, çünki onun qələbəsi Avropa və bütün dünya üçün böyük təhlükə olacaq.

Eyni zamanda o, hesab edir ki, Polşa "bu gün” öz əsgərlərini Ukraynaya göndərməməlidir, çünki bu, NATO ölkəsini müharibəyə sürükləyə bilər.

"Və indiyə qədər olduğumuz bütün beynəlxalq forumlarda NATO ölkələrinin, o cümlədən, vurğulayıram, Polşanın və mənim mövqeyim çox aydındır: biz Ukraynaya hərbi dəstək göndəririk... Amma biz əsgərlərimizi göndərmirik”, - deyə o əlavə edib.

Duda ümid edir ki, Polşa heç vaxt öz ordusunu Ukraynaya göndərmək məcburiyyətində qalmayacaq.

"Ona görə də ümid edirəm ki, belə bir ehtiyac olmayacaq, Rusiya belə vəziyyətə gətirib çıxarmayacaq. Bu, bizim bugünkü mövqeyimizdir və biz qətiyyən bu müharibədə iştirak etmək istəmir əsgərlərimizin də bu müharibədə iştirakını istəmirik”, - Polşa prezidenti bildirib.

Xatırladaq ki, fevralın 26-da Parisdə Ukraynaya dəstək konfransından sonra Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynanın Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradacaq və gələcəkdə Ukraynaya Qərb hərbi personalının göndərilnəsini istisna etmək olmaz.

Bir sıra NATO ölkələri Makronun bəyanatlarına cavab olaraq Ukraynaya qoşun göndərmək ideyasını açıq şəkildə rədd ediblər. Onların arasında xüsusilə Polşa, ABŞ, Almaniya, Çexiya, Kanada və Böyük Britaniya var.

Hərbi personalın göndərilməsi imkanını Estoniyanın baş naziri Kaya Kallas, eləcə də Litvanın müdafiə naziri Arvidas Anusauskas rədd etməyib – o, aydınlaşdırıb ki, söhbət yalnız təlim missiyalarından gedir. Niderland Ordusunun Baş Qərargah rəisi, general Onno Eysxelsqeym, "bütün variantlar açıq qalmalıdır" deyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->