Xəbər lenti

Dumada deputatlar “Hollivud” döyüşünə çıxdı, rəzalət yaşandı (VİDEO)
Dünya05:35 25.06.2020

Dumada deputatlar “Hollivud” döyüşünə çıxdı, rəzalət yaşandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Saratov Regional Dumasının iclası qalmaqallı keçib: deputatlar iclas otağında ədəbsiz söyüşlərin müşayiəti ilə bir-birinin üstünə butulkalardan su tökərək "Hollivud" davasına çıxıb. Millət vəkillərinin ətəklərində Qələbənin 75 illik yubileyi münasibətilə verilmiş Müqəddəs Georgi lentləri uçuşub.
Qaynarinfo xəbər verir ki, iclasda münaqişə başlamazdan əvvəl parlament etikası ilə bağlı məsələlər müzakirə edilib - yəni Dmitri Çernışevskinin (Vahid Rusiya Partiyası) mədəniyyət komitəsinin iclasında rüsvayçı söyüşlər söyüb, birmandatlı üzv Nikolay Bondarenko büdcə komitəsindəki həmkarlarına təhqirlər yağdırıb. Buna görə də, onlara Dumanın növbəti iclasında çıxış etməyə icazə verilməyib. Parlament üzvü Petrovu (Vahid Rusiya) Bondarenkonun mobil telefonuyla baş verənləri lentə alması qəzəbləndirib.
Digər bir deputat, birmandatlı Anatoli Sipyaşşuk Bandorenkonun üstünə mineral su şüşəsini atıb. Bondarenko da borclu qalmayıb. Videoda lentə alınan dava səhnələri qadınların "Oğlanlar, etməyin, eləməyin!" qışqırıqları və kişilərin atmacaları ilə müşayiət olunur. 
Alpər