Xəbər lenti

Dünya aclıqla üz-üzə: cəmi 26 gün bəs edəcək buğda qalacaq
Dünya14:59 30.08.2018

Dünya aclıqla üz-üzə: cəmi 26 gün bəs edəcək buğda qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyadakı buğda ehtiyatlarının kəskin azalması proqnozlaşdırılır.
Qaynarinfo xəbər verir ki, dünyanın ən böyük 8 buğda ixracatçısının əlindəki ehtiyatlar dünyaya sadəcə 26 gün bəs edəcək miqdarda qalacaq. 2017-2018-ci illərdə 758 milyon ton buğda istehsal edilib, 2018-2019-cu ildə bu rəqəm 716 milyon ətrafında olacaq. Dünyadakı buğda ehtiyatının miqdarı isə 273 milyon tona çatacaq, lakin miqdarın 46%-inin Çinin əlində cəmləşməsi narahatlıq yaradır. Çinin ehtiyatları 2018-2019-cu ildə 50%-i ötəcək və son 5 illə müqayisədə 135% artacaq. 
Mütəxəssislər bildirir ki, buğda ehtiyatı 2007-2008-ci il səviyyəsinə düşməyəcək. Qiymətlərin o dövrlə müqayisədə ucuz olması vəziyyətin daha da pisləşməsinin qarşısını alan faktorlardandır. Lakin son 1 ildə buğda qiymətində 25% artım müşahidə edilib. 
Gülşən