Dünya Bankının rəhbəri Jim Yong Kim vəzifəsindən gedir.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ilk dəfə bu vəzifəyə 2012-ci ildə təyin edilən Kim 2017-ci ildə 2-ci dəfə seçilmişdi və onun 2022-ci ilə qədər Dünya Bankına rəhbərlik etməsi gözlənilirdi. 59 yaşlı Jim Yong Kimin istefası 1 fevraldan etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, Jim Yong Kim inkişafda olan ölkələrdə infrastruktur investisiyalarının artırılması ilə məşğul olan firmada fəaliyyətinə davam edəcək.
Gülşən