Dünya 21:55 18.03.2024

Dünya brendi "Trussardi" yeni sahibinə keçir

Hazır geyimlərin istehsalı və satışı üzrə ixtisaslaşan İtaliyanın "Miroglio Group" holdinqi "QuattroR" fondundan "Trussardi" brendinin alınması üzrə sövdələşmənin başa çatdığını rəsmən təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə trademaster.ua portalı məlumat yayıb.

"Trussardi" Milandakı qərargahını saxlayaraq, müstəqil brend kimi "Miroglio Group"a qoşulacaq.

Müqaviləyə İtaliyanın strateji şəhərlərindəki 15 pərakəndə satış məntəqəsi, arxiv və lisenziya hüquqları daxildir. Brendin yeni sahibinin sözlərinə görə, alışın məqsədi qrupun kişi geyimləri və dəri məmulatları kateqoriyalarında iştirakını genişləndirmək, eləcə də portfelini diversifikasiya etməkdir.

"Trussardi"ni daha da inkişaf etdirmək üçün əsas bazarlara - İtaliya, Şərqi Avropa və Yaxın Şərqə diqqət yetirməklə yeni çoxkanallı strategiya təklif ediləcək.

Nizami Bağırov