Dünya şöhrətli amerikalı aktyor Adam Sandlerin addımı səs-küyə səbəb olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 51 yaşlı aktyor iştirak etdiyi "talk show"da əlini 2 dəfə yanında oturan ingilis aktrisa Kleir Foyun dizinə qoyub.
"BBC One" kanalında yayımlanan " The Graham Norton Show" proqramında baş verən hadisədən sonra aktyorun sözçüsü açıqlama verərək bu hərəkətin dostca davranış olduğunu bildirib.
33 yaşlı Foyun bu vəziyyətdən narahat kimi görünməsi hadisənin sosial şəbəkələrdə geniş müzakirə edilməsinə səbəb olub.
Gülşən
Qaynarinfo.Az