Xəbər lenti

Dünya bu möcüzədən danışır - VİDEO
Dünya10:46 08.11.2014

Dünya bu möcüzədən danışır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Öləcəyimi düşünürdüm və başqa bir şey haqda fikirləşə bilmirdim”.

Kolumbiyanın paytaxtı Boqotada hər kəs möcüzəli şəkildə xilas olmuş balıqçıdan danışır. 

Qaynar.info-nun ANS TV-yə istinadən məlumatına görə, Solano Salazar adlı balıqçı Sakin okeanda balıqçı qayığı batdıqdan sonra 2 gün okean sularında sağ qala bilib. Balıqçının qayıqda olan yoldaşı batıb, özü isə qayıqda olan soyuducudan yapışaraq, sağ qalmağa müvəffəq olub. 

Balıqçının Sakit okean sahillərində xilasedicilər tərəfindən xilas edilməsini əks etdirən kadrlar da yayılıb. “Hazırda özümü yaxşı hiss edirəm. Öləcəyimi düşünürdüm və başqa bir şey haqda fikirləşə bilmirdim”, - deyə möcüzəli şəkildə xilas olan balıqçı belə deyib.

Qaynar.info