Dünya çempionu italiyalı xizəkçi Yelena Fançini xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qaynarinfo-nun məlumatına görə italiyalı xizəkçi Yelena Fançini 37 yaşında ağır xəstəlikdən vəfat edib. Bu barədə İtaliya Qış İdmanı Federasiyası məlumat yayıb.
2006, 2010 və 2014 Qış Olimpiya Oyunlarında iştirak edən Fançini xərçəng diaqnozu qoyulduqdan sonra Pxençxan 2018-dən imtina edib. Fanchini 2005 və 2015 Dünya Kuboklarında qızıl, 2005 Dünya Çempionatında isə "aşağı eniş" kateqoriyasında gümüş medal qazandı.
Səbuhi Həsənov