Xəbər lenti

Dünya çempionu yığma karyerasını bərpa etdi
İdman11:03 23.02.2024

Dünya çempionu yığma karyerasını bərpa etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İki il yarım əvvəl yığma karyerasını başa vurduğunu elan edən Toni Kros fikrini dəyişib.
Qaynarinfo-nun məlumatına görə, "Real"ın yarımmüdafiəçisi Almaniya millisinə qayıdacağını bildirib. O, sosial media hesabı vasitəsilə verdiyi açıqlamada "Mart ayından etibarən yenidən Almaniya üçün oynayacağam" - sözlərini yazıb.
34 yaşlı yarımmüdafiəçi 2021-ci ilin iyulunda millidən ayrılıb. O, Almaniya yığmasının formasında meydana çıxdığı 106 oyunda 17 dəfə rəqib qapısını silkələyib.
Səbuhi Həsənov