Xəbər lenti

İdman 12:49 07.07.2022

Dünya çempionumuzun rəqibi müəyyənləşdi

ABŞ-ın Birminqem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında mübarizə aparacaq Azərbaycan kikboksçusu, dünya çempionu Bəhram Rəcəbzadənin rəqibi müəyyənləşib.

Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə+91 kq çəki dərəcəsində K1 üsulu ilə keçiriləcək mübarizəyə start 1/4 finaldan veriləcək.
 
Ən ağır çəkili idmançımızın mötəbər turnirdəki rəqibi Monteneqro kikboksçusu Miroslav Vuyoviç olacaq. O, yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.
 
Ümumdünya Oyunlarında kikboksinq yarışları 10-15 iyul tarixlərində keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->