
Almaniya yığması ilə dünya çempionu olan Tomas Müller jurnalistlərə qarşı tərbiyəsizlik edib. Fanat.az xəbər verir ki, ulduz futbolçu ona sual verən həmkarımızı təhqir edib.
Belə ki, Müller dünya çempionatında 5 qol vuraraq "Gümüş buts" mükafatına sahib çıxıb. "Qızıl buts"u isə 6 qolla kolumbiyalı Ceyms Rodriges qazanıb.
Mətbuat konfransında bir jurnalist ona "Qızıl buts"u bir qolla əldən verdin. Hansı hissləri keçirirsən" sualını verib. Müllerin cavabı isə belə olub: "Biz dünya çempionu olduq. "Qızıl buts" vecimə deyil. Onu g...ünüzə soxa bilərsiniz".
Qaynar.info