Xəbər lenti

Dünya çempionunun atası koronavirusdan öldü
Dünya19:32 18.04.2020

Dünya çempionunun atası koronavirusdan öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Formula 3" üzrə rusiyalı dünya çempionu, "Ferrari" akademiyasının üzvü Robert Şvartsmanın atası Mixail Şvartsman 52 yaşında dünyasını dəyişib.
Qaynarinfo-nun məlumatına görə, onun ölümünə koronavirus infeksiyası səbəb olub.
Bildirilib ki, 2 həftə öncə virusa yoluxan M. Şvartsman xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İtaliyanın "Prema Racing" komandasının pilotu olan Robert Şvartsman bu ildən "Formula 2" yarışlarında iştirak edir. O, 2019-cu ildə "Formula 3" üzrə dünya çempionu olub.