Venesuelalı gözəl WBA versiyası üzrə kəmərə sahib çıxdıTanınmış Venesuela top-modeli Oqleydis Suares WBA versiyası üzrə (boks) dünya çempionu olub. ANS PRESS bildirir ki, aktrisa və teleaparıcı olan Oqleydis Suares qələbəni döyüşsüz əldə edib.
O, peşəkar rinqə 25 yaşında gəlib, indiyə kimi 21 döyüş keçirib. Bu döyüşlərin 18-də qələbə çalıb, bunun da səkkizi nokautla olub. Amma iki dəfə uduzan Suares çempion adını rəqibi koreyalı Hyun Mi Çoya güzəştə getməli olub.
Amma sonradan Hyun Mi Çoy növbəti çəki kateqoriyasına keçdiyinə görə Oqleydis Suares avtomatik şəkildə, döyüşsüz WBA versiyası üzrə dünya boks çempionu titulunu qazanıb.
Qaynar.ionfo 


