Xəbər lenti

Dünya gözəlləri 1,3 milyonluq unitazın işığına toplaşdı (FOTO)
Dünya15:52 03.02.2020

Dünya gözəlləri 1,3 milyonluq unitazın işığına toplaşdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən yüksək binası, ən böyük ticarət mərkəzi, qızıl hamburger, ən böyük üçüz kimi rekordların ardından daha bir rekorda ev sahibliyi edib.
Qaynarinfo xəbər verir ki, bu dəfə ərəb cənnətində dünyanın ən lüks unitazı təqdimatı olub. Honq Konq aid şirkətlərdən birinin hazırladığı qızıl unitazın dizaynında 40 min 815 almas daşından istifadə edilib. Bu almasların ümumilikdə dəyəri 334 karata bərabərdir. Daşlar unitazın gülləkeçirməz qapağının altına yerləşdirilib.
1,3 milyon dollarlıq unitaz dünyanın ən lüks tualeti kimi Ginnesin Rekordlar Kitabına düşüb. Təqdimat mərasiminə Uzaq Şərq gözəllik müsabiqəsinin qalibləri də qatılıb. Unitaz Dubayda sərgiləndikdən sonra dünya turuna çıxarılacaq. Satılması nəzərdə tutulan qızıl tualetdən istifadə edilib edilməyəcəyi alan şəxsin seçimindən asılı olacaq. 
Camal