Dünya liderləri Rusiyanın Ukraynaya bugünkü ən böyük raket hücumlarını pisləyir. Bazar ertəsi, oktyabrın 10-da səhər saatlarında Ukrayna ərazisinə 80-dən çox raket atılıb. Kiyev və bir sıra bölgələr hücuma məruz qalıb. Ölənlər və yaralananlar var, mühüm kritik infrastruktur obyektləri zədələnib.
Qaynarinfo Rusiyanın növbəti hücumuna dünya liderlərinin reaksiyasını toplayıb.
"Yenə də Putin Kiyevdə və Ukraynanın digər şəhərlərində dinc əhalini kütləvi şəkildə terror edir. Niderland bu çirkin hərəkətləri pisləyir. Putin deyəsən başa düşmür ki, Ukrayna xalqının iradəsi sarsılmazdır. Ukrayna qətiyyətli olaraq qalır və biz Ukraynanı dəstəkləməyə davam edirik”.
"Rus qəddarlığının həddi-hüdudu yoxdur. Kiyev və Ukraynanın digər şəhərləri yenidən Rusiya ordusunun artilleriya atəşinə məruz qalıb. Onlar şəhər mərkəzlərini, yaşayış binalarını, pik saatlarda yolları hədəf alırlar. Bu, ən təmiz formada dövlət terrorizmidir. Bu pisliyi məğlub etmək üçün Ukraynaya daha çox silah!”
"İndi Kiyevdə baş verənlər iyrəncdir. Bu, bir daha dünyaya qarşı-qarşıya olduğumuz rejimi göstərir: ayrı-seçkilik etmədən hədəf alan rejim. Uşaqlara dəhşət və ölüm salan biri. Bu cinayətdir. Onlar məsuliyyətə cəlb olunacaqlar. Ukrayna qalib gələcək. Avropa bundan dönməyəcək”.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi
Josep Borrell:
"Rusiyanın Kiyev və Ukraynanın digər şəhərlərində mülki şəxslərə hücumundan hədsiz sarsılmışam. XXI əsrdə belə hərəkətlərə yer yoxdur. Mən onları ən sərt şəkildə qınayıram. Biz Ukraynanı dəstəkləyirik. Aİ-dən əlavə hərbi dəstək artıq yoldadır”.
Çexiyanın xarici işlər nazirinin müavini Yaroslav
Kurfürst:
"Bəlkə də elə vaxtdır ki, Ukraynaya tədarük etdiyimiz silahlara qoyulan bir çox məhdudiyyətlər götürülməlidir. Ola bilsin ki, Ukraynanı daha çox dəstəkləməyin vaxtıdır. Çexiya olaraq biz təcavüz aktına görə yeni tribunalın yaradılmasında və məsuliyyət daşıyan insanların cəzalandırılmasında israr edirik”.
"Putinin hərbi cinayətləri pislənilməlidir və mən onları ən sərt şəkildə qınayıram. Mən həmkarım, Ukraynanın müdafiə naziri Aleksey Reznikovla daima əlaqədəyəm ki, Kanadanın bu ədalətsiz müharibədə mübarizə aparmaq və qalib gəlmək üçün Ukraynaya daha çox hərbi yardım və texnika verməyə davam edəcəyinə əmin edib”.
Nizami Bağırov