Xəbər lenti

Dünya Marsdan necə görünür? - VİDEO
Dünya11:00 09.02.2014

Dünya Marsdan necə görünür? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NASA tərəfindən Marsa göndərilən kəşf robotu "Curiosity", qırmızı planetdən Dünyanın fotoşəkillərini çəkib. 

Görüntülərdə Marsın gecə mənzərəsiylə yanaşı Yer və Ay, obyektivə iki parlaq nöqtə olaraq əks olunub.

Hafta.az-ın xəbərinə görə, Amerika Milli Aviasiya və Kosmos Dairəsinin (NASA) Marsda vəzifə yerinə yetirən kəşf robotu Curiosity, 31 yanvarda Yerin fotoşəkillərini çəkib.

Qırmızı planetdə günəş batdıqdan təxminən 80 dəqiqə sonra yuxarı kamerasını kosmos boşluğuna yönəldən kosmos vasitəsinin çəkdiyi fotoşəkildə qırmızı planetin gecə mənzərəsi görülür. 

Fotoşəkillərdə ən diqqət çəkən iki parlaq nöqtə isə Yer və peyki Aydır. Elm adamları bildirirlər ki, "Əgər Marsda olsaydıq, gecə vaxtı çılpaq gözlə səmaya baxaraq Dünyanı və Ayı rahatlıqla görə bilərdik".

Qaynar.info